2024/2025-ci tədris ilində Azərbaycanda 157 802 şagird ümumi orta təhsil səviyyəsini, 116 222 şagird isə tam orta təhsil səviyyəsini başa vuracaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, məzunlara müvafiq sənədlərin verilməsi üçün zəruri hazırlıq işləri artıq başa çatdırılıb.
Attestatların təqdimat tarixləri:
- 11-ci sinif şagirdlərinə tam orta təhsil haqqında attestatların verilməsi 14–20 iyun tarixlərində nəzərdə tutulur.
- Ümumi orta təhsil səviyyəsini başa vuranlara isə sənədlər 23–28 iyun tarixlərində təqdim olunacaq.
Qeyd edək ki, bütün attestatlar dövlət hesabına ödənişsiz şəkildə təqdim olunur.





