EvCəmiyyətBu il Azərbaycanda 116 mindən çox şagird 11-ci sinfi bitirəcək

Bu il Azərbaycanda 116 mindən çox şagird 11-ci sinfi bitirəcək

2024/2025-ci tədris ilində Azərbaycanda 157 802 şagird ümumi orta təhsil səviyyəsini, 116 222 şagird isə tam orta təhsil səviyyəsini başa vuracaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, məzunlara müvafiq sənədlərin verilməsi üçün zəruri hazırlıq işləri artıq başa çatdırılıb.

Attestatların təqdimat tarixləri:

  • 11-ci sinif şagirdlərinə tam orta təhsil haqqında attestatların verilməsi 14–20 iyun tarixlərində nəzərdə tutulur.
  • Ümumi orta təhsil səviyyəsini başa vuranlara isə sənədlər 23–28 iyun tarixlərində təqdim olunacaq.

Qeyd edək ki, bütün attestatlar dövlət hesabına ödənişsiz şəkildə təqdim olunur.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər