27 sentyabr Anım Günü münasibətilə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib.
“Daylinews-az-Economics”ə AZAL-dan verilən məlumata görə, ziyarət zamanı iştirakçılar xatirə daşının önünə gül dəstələri düzərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək canlarını fəda etmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla yad ediblər.
Vətən övladlarının misilsiz cəsarəti sayəsində 30 illik işğala son qoyulmuş və Qarabağ, Şərqi Zəngəzur, eləcə də Şuşa şəhəri işğaldan azad edilmişdir. Bu qəhrəmanlıq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il 27 sentyabrda Anım Günü kimi qeyd olunur.
Bu gündə bütün Azərbaycan xalqı, ölkənin suverenliyi və bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitləri hörmətlə anır.