Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını nəzərə alaraq 14 və 16 iyun tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Bu barədə Daylinews-az.com xəbər verir ki, məlumatı APA-Economics ADY-yə istinadla yayıb.
ADY-nin yaydığı açıqlamada bildirilir: “Qatarların hərəkət cədvəli və biletlərlə bağlı məlumatı dəmir yolu vağzallarının kassalarından, www.ady.az saytından, “ADY Mobile” mobil tətbiqindən, həmçinin 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən əldə etmək mümkündür”.
Qeyd edək ki, iyun ayında Milli Qurtuluş Günü münasibətilə 3 gün – 14, 15 və 16 iyun tarixlərində qeyri-iş günü elan olunub. Məhz bu səbəbdən vətəndaşların bölgələrə səfərlərinə artan maraq fonunda ADY əlavə reyslər təşkil edib.





