EvCəmiyyətBakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını nəzərə alaraq 14 və 16 iyun tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Bu barədə Daylinews-az.com xəbər verir ki, məlumatı APA-Economics ADY-yə istinadla yayıb.

ADY-nin yaydığı açıqlamada bildirilir: “Qatarların hərəkət cədvəli və biletlərlə bağlı məlumatı dəmir yolu vağzallarının kassalarından, www.ady.az saytından, “ADY Mobile” mobil tətbiqindən, həmçinin 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən əldə etmək mümkündür”.

Qeyd edək ki, iyun ayında Milli Qurtuluş Günü münasibətilə 3 gün – 14, 15 və 16 iyun tarixlərində qeyri-iş günü elan olunub. Məhz bu səbəbdən vətəndaşların bölgələrə səfərlərinə artan maraq fonunda ADY əlavə reyslər təşkil edib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər