Azərbaycanda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə iyun ayında ardıcıl 3 gün qeyri-iş günü elan olunub. Bu barədə Daylinews-az.com xəbər verir.
İş qrafikində dəyişiklik
Bu il 15 iyun bazar gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, istirahət gününə düşən bayramın əvəzi olaraq 16 iyun (bazar ertəsi) də qeyri-iş günü olacaq. Eyni zamanda, 14 iyun şənbə gününə təsadüf etdiyindən, beləliklə, vətəndaşlar üç gün — 14, 15 və 16 iyun tarixlərində ardıcıl istirahət edə biləcəklər.
Qeyd edək ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət kəsb edən bayramlardan biridir və ölkədə rəsmi dövlət bayramı kimi qeyd olunur.





