EvTurizmAzərbaycan və Maldiv arasında viza rejimi qismən ləğv edildi

Azərbaycan və Maldiv arasında viza rejimi qismən ləğv edildi

İyunun 18-dən etibarən Azərbaycan Respublikası ilə Maldiv Respublikası arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün qarşılıqlı viza tələbi rəsmi olaraq ləğv olunub.

Daylinews-az.com xəbər verir ki, bu saziş 2024-cü il noyabrın 15-də Bakıda COP29 tədbiri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Maldiv Respublikasının xarici işlər naziri Abdulla Xəlil tərəfindən imzalanıb.

Saziş 2024-cü ilin dekabrın 27-də Milli Məclisdə müzakirə olunaraq qəbul edilib və daha sonra Azərbaycan Prezidenti tərəfindən təsdiqlənib.

Bu razılaşma iki ölkə arasında dostluq münasibətlərini möhkəmləndirmək və qarşılıqlı səfərləri asanlaşdırmaq məqsədi daşıyır. Diplomatik, xidməti və rəsmi pasportlara sahib olan şəxslər qarşı tərəfin ərazisinə vizasız daxil ola, tranzit keçə, ölkəni tərk edə və 90 günədək müddətdə orada vizasız qala biləcəklər.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər