Forbes sosial şəbəkələrin ən parlaq ulduzlarını bir araya gətirən illik reytinqini təqdim edib. Siyahıya artıq dördüncü ildir ki, MrBeast başçılıq edir. Onun illik gəliri 85 milyon dollar, ümumi abunəçi sayı isə 634 milyon nəfər olaraq qiymətləndirilib.
İlk üçlük belədir:
- MrBeast (Cimmi Donaldson) — 85 milyon $ gəlir, 634 milyon abunəçi
- Dhar Mann — 56 milyon $ gəlir, 137 milyon abunəçi
- Bloqer, sahibkar və kinoprodüser olan Mann artıq tam funksiyalı Hollivud studiyasını idarə edir
- Jake Paul — 50 milyon $ gəlir, 79 milyon abunəçi
- İnflyuenser və peşəkar boksçu; onun noyabrda Mike Tyson ilə döyüşü böyük marağa səbəb olub
Yeni ulduzlar və diqqətçəkən simalar:
Reytinqə həmçinin TikTok və YouTube platformalarının yeni simaları da daxil edilib:
- Alix Earle, Jake Shane, Nara Smith
- “Call Her Daddy” podkastının müəllifi Alex Cooper
- Uşaq kontentinə yönəlmiş YouTuber Ms. Rachel
- Müğənni və rəqqasə Addison Rae, yeni “Addison” adlı albomla
- Komediyaçılar Druski və Adam W.
- Reytinqin debütantları arasında:
- DJ və TikTok ulduzu Xandra
- Hüquqşünas və maliyyə eksperti Erika Kullberg
- Model və inflyuenser Wisdom Kaye
2025-ci il reytinqindəki 50 bloqer ümumilikdə 853 milyon dollar qazanıb. Bu göstərici ötən illə müqayisədə 18,5% artım deməkdir. Ümumilikdə reytinq iştirakçılarına 3,37 milyarddan çox abunəçi qoşulub ki, bu da 2024-cü ilə nisbətən 25% çoxdur.
Forbes nəyi əsas götürüb?
Siyahı hazırlanarkən üç əsas meyar nəzərə alınıb:
- Gəlir (reklam, məhsul satışı, sponsorluq)
- Biznes aktivliyi (şəxsi brendlər, şirkətlər, layihələr)
- Təsir gücü (abunəçi sayı və onların aktivliyi)





