Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İran İslam Respublikasındakı nüvə obyektlərinə endirdiyi hava zərbələrinə münasibət bildirib.
Daylinews-az.com-un xəbərinə görə, nazirliyin yaydığı bəyanatda baş verən hadisələrdən ciddi narahatlıq ifadə olunub və bütün tərəflər sülh yolu ilə həll yollarına üstünlük verməyə çağırılıb.
“Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.
Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq”, – deyə XİN-in bəyanatında vurğulanıb.
SEO Title: Azərbaycan XİN ABŞ-İran gərginliyi ilə bağlı bəyanat verdi





