EvİqtisadiyyatACIPE ölkələri arasında kredit məlumatlarının mübadiləsi üzrə memorandum imzalanacaq

ACIPE ölkələri arasında kredit məlumatlarının mübadiləsi üzrə memorandum imzalanacaq

ACIPE-yə (Avrasiya Kredit Məlumat Rəhbərləri Assosiasiyası) üzv ölkələr arasında kredit məlumatlarının mübadiləsini nəzərdə tutan memorandumun imzalanması planlaşdırılır.

Daylinews-az.com-un xəbərinə görə, bu barədə Bakıda keçirilən Birinci Beynəlxalq Kredit Hesabatlığı Konfransında ACIPE İdarə Heyətinin sədri Ruslan Omarov çıxışı zamanı məlumat verib.

R.Omarov bildirib ki, bu təşəbbüs təkcə ölkə daxilində deyil, həm də ACIPE çərçivəsində şəffaflığın və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlib:

“Ümid edirəm ki, sabah bu mühüm hadisənin iştirakçısı olacağıq və kredit məlumatlarının paylaşılması ilə bağlı memorandum imzalanacaq. Bu, prosesə qoşulacaq ölkələr üçün ilk addımdır”, – deyə o vurğulayıb.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər