Avropa İttifaqı (Aİ) ölkələrinin vətəndaşlarının İsrail və İran arasında münaqişənin eskalasiya zonasından çıxarılmasında Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Daylinews-az.com xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, NATO-nun Haaqa sammiti çərçivəsində azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Kaya Kallasın açıqlamaları:
“Bölgədə vəziyyətin gərginləşməsindən sonra Azərbaycan xarici işlər naziri ilə əlaqə saxladım. Diplomatlarımızın və vətəndaşlarımızın Azərbaycan üzərindən təxliyəsinə görə ona təşəkkürümü bildirdim,” – deyə Kallas vurğulayıb.
O, həmçinin Azərbaycanla müzakirə etdiyi mövzular arasında İrandakı müharibənin Azərbaycan üçün mümkün nəticələrini və İrandan gələn miqrasiya axını məsələsini qeyd edib.
“Bunlardan başqa, İrandan Azərbaycan istiqamətində gələn miqrasiya axınına da toxundum,” – deyə Kallas əlavə edib.





