Dünyaca tanınmış karikaturaçı Omar Momani “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova həsr olunmuş yeni karikatura yaradıb.
Daylinews-az.com xəbər verir ki, Momani bu işi “Facebook” hesabında paylaşaraq aşağıdakı qeydi əlavə edib: “Qurban Qurbanov – əsl Qarabağ əfsanəsi”
Sənət əsərində Qurban Qurbanov Qarabağ atının belində, Roma imperatoru Yuli Sezar obrazında təsvir olunub. Karikatura məşqçinin “Qarabağ” klubuna verdiyi töhfələrə bir növ bədii təqdir kimi dəyərləndirilib.






