EvMədəniyyətRusiyada Azərbaycanın mədəni proqramı dayandırıldı

Rusiyada Azərbaycanın mədəni proqramı dayandırıldı

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının Rusiyanın Novosibirsk şəhərində təqdim etməyə hazırlaşdığı tamaşalar ləğv edilib.

Daylinews-az.com xəbər verir ki, bu barədə məlumat Novosibirsk “Qlobus” Akademik Gənclər Teatrının Mətbuat Xidməti tərəfindən yayılıb.

Məlumatda qeyd olunur ki, təqdimatlar Rusiyanın “Böyük qastrollar” adlı federal proqramı çərçivəsində planlaşdırılmışdı. Lakin bu proqram üzrə nəzərdə tutulan teatr səfərləri rəsmən ləğv edilib.

Açıqlamada deyilir: “Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının “Böyük qastrollar” proqramı çərçivəsində keçirilməsi nəzərdə tutulan tamaşaları ləğv edilib”.

Tamaşa siyahısında ləğv edilən əsərlər bunlardır:

  • “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” (28 sentyabr),
  • “Hamlet” (29 sentyabr).
Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər