Bakının İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində yerləşən və hazırda sökülməkdə olan “Naxçıvan” hotelinin ərazisində yeni layihə həyata keçiriləcək.
Daylinews-az.com-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bildirib ki, sözügedən məkanda yeni mehmanxana binasının tikintisi planlaşdırılır.
Komitənin açıqlamasında qeyd olunur: “Yeni binanın tikinti layihəsi aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir.”
Hazırda layihə üzərində müvafiq qurumlar arasında texniki və hüquqi razılaşmaların aparıldığı bildirilir. Söküntü işləri bu prosesin tərkib hissəsi kimi həyata keçirilir.





