EvCəmiyyət“Naxçıvan” hotelinin yerində yeni mehmanxana inşa olunacaq

“Naxçıvan” hotelinin yerində yeni mehmanxana inşa olunacaq

Bakının İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində yerləşən və hazırda sökülməkdə olan “Naxçıvan” hotelinin ərazisində yeni layihə həyata keçiriləcək.

Daylinews-az.com-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bildirib ki, sözügedən məkanda yeni mehmanxana binasının tikintisi planlaşdırılır.

Komitənin açıqlamasında qeyd olunur: “Yeni binanın tikinti layihəsi aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir.

Hazırda layihə üzərində müvafiq qurumlar arasında texniki və hüquqi razılaşmaların aparıldığı bildirilir. Söküntü işləri bu prosesin tərkib hissəsi kimi həyata keçirilir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər