EvHadisəQazaxıstan AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq.

Qazaxıstan AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq.

Daylinews-az.com Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev çıxış edib.

“İstintaqın təhlil mərhələsi tamamlanır və yekun hesabatın hazırlanması mərhələsinə keçilir. Düşünürəm ki, səbir etmək lazımdır, bir neçə aydan sonra yekun hesabat hazır olacaq”, – Kanat Bozumbayev AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmanın nəticələri haqqında danışarkən deyib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də səhər saatlarında AZAL-a məxsus sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb, qalanları isə həlak olublar.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər