UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Azərbaycan təmsilçisi “Sabah” Bolqarıstanın “Levski” komandası ilə üz-üzə gəlib və 0:2 hesabı ilə məğlub olaraq turnirdən kənar qalıb.
Daylinews-az.com xəbər verir ki, Masazırdakı “Əlincə” stadionunda baş tutan görüşdə qonaqların heyətində Radoslav Kirilov 40-cı dəqiqədə, Mazier Soula isə 85-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, səfərdəki ilk oyunda “Levski” 1:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, iki oyunun nəticəsinə görə “Sabah” avrokuboklarla vidalaşıb.





