Evİdman“Sabah” UEFA Konfrans Liqasında mübarizəyə vida etdi

“Sabah” UEFA Konfrans Liqasında mübarizəyə vida etdi

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Azərbaycan təmsilçisi “Sabah” Bolqarıstanın “Levski” komandası ilə üz-üzə gəlib və 0:2 hesabı ilə məğlub olaraq turnirdən kənar qalıb.

Daylinews-az.com xəbər verir ki, Masazırdakı “Əlincə” stadionunda baş tutan görüşdə qonaqların heyətində Radoslav Kirilov 40-cı dəqiqədə, Mazier Soula isə 85-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, səfərdəki ilk oyunda “Levski” 1:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, iki oyunun nəticəsinə görə “Sabah” avrokuboklarla vidalaşıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər