EvKriminalSabiq baş həkimə 8 il 9 ay həbs cəzası kəsilib

Sabiq baş həkimə 8 il 9 ay həbs cəzası kəsilib

Gəncə “Dəmir Yolu Xəstəxanası”nın sabiq baş həkimi Vidadi Seyidov vətəndaşları aldadaraq külli miqdarda dələduzluq etməkdə təqsirləndirilərək məhkəmə tərəfindən cəzalandırılıb.

Daylinews-az.com APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Vidadi Seyidov 8 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, sabiq həkim 9 nəfəri aldadaraq onların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib. O, öz xidməti mövqeyindən istifadə edərək bir neçə şəxsə pensiya müavinəti düzəldəcəyini və xəstəxanada gözətçi vəzifəsi təyin edəcəyini vəd edərək, 250 min manat vəsaiti ələ keçirib.

Vidadi Seyidov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunmuşdur.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər