Daylinews-az.com xəbər verir ki, məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.
Xidmətdən bildirilib ki, bəzi bölgələrdə aramsız yağış yağıb və şimşək çaxıb. Yağıntının miqdarı isə belə olub:
- Astara – 7 mm
- Zaqatala – 6 mm
- Qax – 5 mm
- Balakən – 3 mm
- Şəki (Kişçay) – 2 mm
- Mingəçevir, Kəlbəcər, Xankəndi, Xocalı – 1 mm
Habelə, Lerik, Daşkəsən və Qrızda duman müşahidə olunub və bu ərazilərdə görünüş 500 metrədək məhdudlaşıb.
Məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.





