9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvSiyasətXarici səfərlərinə görə yenidən impiçment başlanacaq

Xarici səfərlərinə görə yenidən impiçment başlanacaq

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Prezident Salome Zurabişvilinin impiçmenti prosedurunu yenidən başladacaq.

Daylinews-az-nun Sputnik Gürcüstana istinadən verdiyi xəbərə görə, bu barədə ölkə parlamentinin sədri Şalva Papuaşvili məlumat verib. Onun sözlərinə görə, impiçmentin səbəbi prezidentin hökumətin razılığı olmadan xarici səfərlərini davam etdirməsidir.

Partiya oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə qədər bu məsələni Konstitusiya Məhkəməsinə yenidən təqdim etmək niyyətindədir.

Xatırladaq ki, ötən ilin oktyabrında Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Zurabişvilinin hökumətin qadağasına baxmayaraq xarici səfərlər etdiyini və bununla qanunu pozduğunu müəyyən etmişdi. Həmin qərar impiçment prosedurunu başlatmağa imkan vermişdi, lakin o vaxt prosedur baş tutmamışdı.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər