EvCəmiyyətHər növ dəniz məhsulları bir araya toplanıb: Bakıda balıq yarmarkası

Hər növ dəniz məhsulları bir araya toplanıb: Bakıda balıq yarmarkası

Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Bakıda balıq yarmarkası təşkil olunub.

Daylinews-az.com-a istinadla bildirir ki, Dərnəgüldə, “EuroHome” tikinti materialları bazarında yerləşən “Keşlə bazarı”nda keçirilən yarmarka üç gün davam edəcək. Burada satışa çıxarılan dəniz məhsulları digər bazarlara nisbətən daha sərfəli qiymətlərlə təqdim olunur.

Yarmarkada dünyanın müxtəlif bölgələrindən gətirilmiş, həmçinin Xəzər dənizindən tutulan balıq və digər dəniz məhsulları ziyarətçilərin ixtiyarına verilir. Təklif olunan məhsullar arasında diri, təzə, dondurulmuş, soyuq və isti hislənmiş, duzlu və ədviyyatlı, həmçinin qurudulmuş balıqlar, kürülər, konservləşdirilmiş məhsullar və digər dəniz məhsulları mövcuddur.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər