EvHadisəAbbasqulu Şadlinski Portuqaliyada beynəlxalq turnirdə birinci oldu

Abbasqulu Şadlinski Portuqaliyada beynəlxalq turnirdə birinci oldu

Azərbaycan millisinin üzvü Abbasqulu Şadlinski Portuqaliyada keçirilən beynəlxalq boks turnirində qızıl medala sahib çıxıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı Braqa şəhərində təşkil olunan yarışda uğurla çıxış edib.

Yarımfinal mərhələsində Şadlinski ev sahibi Portuqaliyanın nümayəndəsi Françisko Silvanı məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada isə o, Bəhreyn təmsilçisi Hassan Camşiri üstələyərək turnirin qalibi olub.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər