İyulun 10-dan 13-dək olan müddətdə günvurma şikayəti ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə ümumilikdə dörd nəfər müraciət edib.
Daylinews-az.com “Report”a istinadla xəbər verir ki, bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, adıçəkilən şəxslərə yerində ilkin tibbi yardım göstərilib: “Həmin şəxslərin vəziyyəti qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb. Ölüm faktı qeydə alınmayıb”, – deyə R.Məmməd bildirib.
Qeyd edək ki, yay mövsümündə xüsusilə günün isti saatlarında açıq havada uzun müddət qalmaq günvurma riskini artırır. Həkimlər ehtiyat tədbirlərinə ciddi yanaşmağı tövsiyə edir.





