ABŞ-da yeni “Sübhə qədər sağ qal” adlı qorxu filminin təqdimatı çərçivəsində tamaşaçılar üçün qeyri-adi bir aksiya təşkil olunacaq: filmin nümayiş olunduğu şəxslər gecəni kinoteatrda kilidli vəziyyətdə keçirməli olacaqlar.
Daylinews-Az.com-un ComicBook nəşrinə istinadla verdiyi məlumata görə, Sony-yə məxsus Screen Gems studiyası PlayStation üçün hazırlanmış eyniadlı videooyundan ilhamlanaraq çəkilmiş bu film üçün kreativ bir tanıtım kampaniyasına başlayır.
Aksiyanın şərtləri belədir:
- Seanslar 22 aprel tarixindən başlayaraq səkkiz ABŞ şəhərində keçiriləcək.
- Tamaşaçılar kinoteatra saat 19:00-da daxil olacaq və səhərə qədər orada qalacaqlar.
- Bu müddətdə film fasiləsiz şəkildə bir neçə dəfə nümayiş olunacaq.
- Yuxuya getmək, fasilə vaxtlarından başqa tualetə getmək və mobil telefonlardan istifadə qadağandır.
- Qaydaları pozmayan və sona qədər davam gətirən iştirakçılar arasında mükafatlar paylanacaq.
- Ən böyük mükafatın məbləği — 5 000 ABŞ dolları təşkil edir.
Qorxu gecəsi keçiriləcək şəhərlər:
- Los-Anceles
- Nyu-York
- Sietl
- Çikaqo
- Vaşinqton (Kolumbiya dairəsi)
- Denver
- Atlanta
- Mayami
Bu unikal təşəbbüs təkcə filmin təbliğatı üçün yox, həm də qorxu janrının fanatlarını ekstremal şərtlərdə sınaqdan keçirmək üçün nəzərdə tutulub.





