Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Karvan” klubu heyətini təcrübəli futbolçu ilə gücləndirib.
Daylinews-az.com İdmanxeber.az-a istinadla xəbər verir ki, Yevlax təmsilçisi milli komandanın sabiq üzvü Araz Abdullayevlə birillik müqavilə imzalayıb. Transferin yaxın günlərdə rəsmi şəkildə elan olunacağı gözlənilir.
Araz Abdullayevin Premyer Liqa təcrübəsi:
- Daha öncə “Neftçi”, “Qəbələ”, “Sumqayıt” və “Zirə” klublarında çıxış edib.
- Premyer Liqada 192 oyun keçirib, 29 qol vurub.
- Son mövsümü isə I Liqada mübarizə aparan “Qaradağ Lökbatan“da keçirib.
Təcrübəsi və oyun praktikası ilə seçilən Abdullayevin “Karvan”ın yeni mövsümdəki çıxışında mühüm rol oynaması gözlənilir.





