ASUS şirkəti rəsmi olaraq özünün ən eksklüziv və bahalı modellərindən biri olan ROG Astral RTX 5090 Dhahab Edition videokartını satışa çıxarıb. Bu unikal məhsul yalnız Yaxın Şərq bazarı üçün nəzərdə tutulub və digər regionlarda satışda olmayacaq.
Yeni modelin təqdimatı ilk dəfə 5 fevral 2025-ci ildə Ər-Riyadda baş tutub. Hal-hazırda videokart artıq satışdadır və qiyməti ölkədən asılı olaraq 6700–10 600 ABŞ dolları arasında dəyişir.
“Dhahab” nəyi simvollaşdırır?
“Dhahab” — ərəbcədə “qızıl” deməkdir və bu xüsusi buraxılış modelində bu anlayış tam mənası ilə öz əksini tapır. ASUS bildirir ki, videokartın dizaynı “qumlardan səmaya” şüarına əsaslanaraq Yaxın Şərqin mədəni və texnoloji inkişafını simvolizə edir.
Modeldə 999 proba malik 6.5 qram saf qızıl istifadə olunub ki, bu da hal-hazırki bazar qiymətlərinə görə təxminən 700 dollara bərabərdir.
Texniki xüsusiyyətlər və üstünlüklər
Yalnız zahiri görünüşü ilə deyil, həm də texniki xüsusiyyətləri ilə fərqlənən ROG Astral RTX 5090 Dhahab Edition aşağıdakılarla təchiz olunub:
- Dörd fanlı soyutma sistemi
- Buxar kamerası (vapour chamber)
- PCB qoruyucu örtük
- Təkmilləşdirilmiş enerji təchizatı
Bütün bu elementlər maksimal performans və effektiv istilik yayılması üçün nəzərdə tutulub, bu da kartı həm estetik, həm də funksional baxımdan fərqləndirir.
Gələcək planlar
ASUS bu mərhələdə Digər regionlar üçün oxşar modellərin istehsalını planlaşdırmasa da, RTX 5080 Dhahab Edition adlı yeni bir modelin hazırlana biləcəyi barədə şayiələr dolaşır. Bu model daha əlçatan qiymətlərlə təqdim oluna bilər və yenə də Yaxın Şərq auditoriyası üçün nəzərdə tutulacaq.





