2025/26 mövsümünün UEFA Avropa Liqası təsnifat mərhələsinin ilk qarşılaşması məhsuldarlığı ilə yadda qalıb. Sloveniyanın “Tselye” klubu Azərbaycan təmsilçisi “Sabah” üzərində səfər qələbəsi qazanaraq mərhələni keçmək üçün əhəmiyyətli üstünlük əldə edib.
Masazırda keçirilən matç gərgin mübarizə şəraitində keçib və 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Matçın xronologiyası:
- 3-cü dəqiqə: Paweł Šafranko matçın ilk qolunu vuraraq “Sabah”ı önə keçirib.
- 7-ci dəqiqə: Kovačeviç hesabı bərabərləşdirib – 1:1.
- 18-ci dəqiqə: Šafranko bu dəfə penaltidən fərqlənərək dubl edib – 2:1.
- 48-ci dəqiqə: Kovačeviç ikinci qolunu vuraraq yenidən tarazlığı bərpa edib – 2:2.
- 90+4-cü dəqiqə: Xırka “Tselye”yə qələbəni gətirən qolu vurub – 2:3.
Qarşılaşmanın son anlarında vurulan qol “Tselye”yə cavab oyununa minimal üstünlüklə yollanmaq imkanı verib. Cavab matçı iyulun 17-də Sloveniyada keçiriləcək və hər iki komanda üçün həlledici olacaq.





