Hətta Mançester Yunayted və Tottenhemin ən kəskin tənqidçiləri belə mövsümün əvvəlində bu komandaların düşmə zonasına yaxın yerlərdə mövsümü başa vuracağını düşünmürdü. Lakin hamını böyük bir sürpriz gözləyirdi: Avropa Liqasının finalına vəsiqə qazandıqları ana qədər bu komandalar İPL-də müvafiq olaraq 15-ci və 16-cı yerlərdə qərarlaşmışdı. Aşağıda – komandaların qeyri-adi mövsümünün və final qarşılaşması öncəsi durumunun MelBet baxışı təqdim olunur.
Hər iki klub üçün Bilbaodakı həlledici matç mövsümü xilas etmək üçün ideal fürsətdir. Çempionatda uğursuz çıxışın bəhanələri tapmaq mümkündür.MY rəsmiləri və azarkeşləri komandanın Ruben Amorimin tələblərinə uyğunlaşmaqda çətinlik çəkdiyini əsas göstərə bilər – portuqaliyalı mütəxəssis mövsümün gedişində Erik ten Haqı əvəzləmişdi. Amorimin 3-4-3 sxemi bu heyətə uyğun gəlmir – heyətdə onun oyun modelinə uyğun gələn futbolçuların sayı azdır. Tottenhemin uğursuzluqlarına səbəb kimi isə genişmiqyaslı zədə epidemiyası göstərilə bilər. Mövsüm ərzində komandanın bütün əsas futbolçuları bir nöqtədə zədə səbəbindən sıradan çıxmış və bərpa prosesindən keçmişdi.
Əlbəttə, azarkeşlər baş məşqçilərin taktiki inadkarlığını da yadda saxlayacaqlar. Ruben Amorim və Ange Postekoğlu konkret futbolçuların xüsusiyyətlərindən asılı olmayaraq öz oyun üslublarından geri çəkilməməyə çalışırlar. Lakin bu cür iradlar bir müddətlik unudulacaq, əgər onlardan biri Avropa Liqasını qazanmağı bacarsa və kluba Çempionlar Liqasına vəsiqə, eləcə də oradakı nəhəng mükafat pullarını qazandırarsa. Artıq indidən siz də MelBet yükle tətbiqini smartfonunuza yükləyim və bu həlledici oyunla bağlı öz proqnozunuzu verə bilərsiniz.
Ekspertlər daha çox Mançester təmsilçisinin uğur qazanacağına inanırlar. Birincisi, «Qırmızı şeytanlar» Bilbaoya gedən yolda bircə dəfə də olsun məğlub olmayıb, yarımfinalda isə turnirin favoriti sayılan Atletiki ümumi 7:1 hesabı ilə məğlub ediblər. İkincisi, komandanın heyəti daha balanslı görünür və Bruno Fernandes kimi açıq-aşkar liderə sahibdir. Portuqaliyalı futbolçu artıq neçə ildir ki, Yunayted üçün ən vacib matçları qazanmaq gücünü tapır.Amma Tottenhemin də öz üstünlükləri var. Turnirin həlledici mərhələlərində Postekoğlu göstərdi ki, güclü rəqiblərə qarşı uyğunlaşmağa qadirdir. Bu, xüsusilə Ayntraxtla səfər oyununda özünü göstərdi – ciddi və intizamlı müdafiə sayəsində komanda meydan sahiblərinin təzyiqinə tab gətirdi və hücumda öz şansını gözləməyi bacardı.Əsas heyətin əksər üzvləri artıq sıraya qayıdıb, gənclər – başda Berqvall və Grey olmaqla – isə zədəlilər dönəmində faydalı təcrübə toplayıblar ki, bu da onlara gələcəkdə kömək olacaq. Sual budur ki, bu gələcək Postekoğlu ilə olacaqmı? Sözsüz ki, komanda 2008-ci ildən bəri ilk titulunu qazana bilməsə, avstraliyalı baş məşqçinin vəzifədən uzaqlaşdırılması demək olar ki, qaçılmaz olacaq. Amma əgər komanda avrokubok turnirində qələbə qazanarsa, bu, təkcə onun işini qoruması ilə nəticələnməz, həm də daim uğurun bir addımlığında dayanan klubun tarixinə adını yazmaq imkanı verər.
Tottenhemin həlledici oyunlardakı məğlubiyyətlərlə dolu tarixçəsi də rəqibin xeyrinə olan əlavə bir amildir. Nəticə etibarilə, Mançester Yunaytedin qələbəsinə əmsal – 2.344, heç-heçəyə – 3.4, Tottenhemin qələbəsinə isə – 3 olaraq təklif olunur. Öz seçimini et, MelBet-də qalib mərcini yerləşdir və gözəl futboldan zövq al!





