EvTurizmAZAL Bakı - Astraxan reyslərini qeyri-müəyyən müddətə dayandırır

AZAL Bakı – Astraxan reyslərini qeyri-müəyyən müddətə dayandırır

Azerbaijan Airlines (AZAL) son günlərdə, o cümlədən bu gün, Astraxan üzərində hava məkanının periodik bağlanması səbəbindən Bakı – Astraxan – Bakı marşrutu üzrə bütün reyslərini qeyri-müəyyən müddətə təxirə salıb. Bu qərar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.

Daylinews-Az-ın məlumatına görə, bu barədə AZAL-ın mətbuat xidməti açıqlama verib.

Bakı – Astraxan reysinə bilet almış sərnişinlər əlavə cərimə ödəmədən biletlərini tam şəkildə geri qaytara və ya alternativ istiqamətə dəyişə bilərlər. Bunun üçün sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

AZAL vəziyyəti diqqətlə izləməyə davam edəcəyini və uçuş cədvəlində hər hansı dəyişiklik olacağı halda sərnişinlərə dərhal məlumat veriləcəyini bildirib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər