Son illərdə Azərbaycanın dünya idmanındakı rolu getdikcə artır. Bunun sübutu kimi Bakıda mütəmadi keçirilən Formula 1 mərhələləri və 2019’cu ildəki Avropa Liqasının finalı göstərilə bilər. Bu il 24-25 may tarixlərində azarkeşlərin diqqəti yenidən paytaxtımıza yönələcək. Azərbaycanın tarxində ilk dəfə olaraq 3×3 basketbolu üzrə Dünya Kubokunun seçmə oyunlarına ev sahibliyi edəcək. Turnir çərçivəsində əsas mərhələyə vəsiqə uğrunda kişilər və qadınlar arasında 6 milli komanda mübarizə aparacaq.
Turnirin əhəmiyyəti
FİBA’nın himayəsi altında, qlobal mərc şirkəti 1xBet’in rəsmi tərəfdaşlığı ilə belə mötəbər tədbirin təşkili Azərbaycanda basketbolun inkişafı üçün mühüm addımdır. 3×3 basketbolu gənclər arasında getdikcə daha da populyarlaşır və seçmə oyunlarının Bakıda keçirilməsi bu dinamik idman növünün inkişafına əlavə təkan verəcək, həmçinin sponsorların diqqətini cəlb edəcək.
Azərbaycanın kişi və qadın milli komandaları ev meydanında oynamaq imkanı qazanacaq ki, bu da idmançılar üçün əlavə motivasiya yaradacaq. Eyni zamanda, bu, milli komandalar üçün beynəlxalq səviyyədə özlərini göstərmək və bacarıqlarını dünya auditoriyası qarşısında nümayiş etdirmək üçün əla fürsətdir.
İştirakçılar və onların uğur şansları
Seçmə mərhələdə Azərbaycanın kişi millisi Monteneqro, Kanada, Böyük Britaniya, Ruanda və İran komandaları ilə qarşılaşacaq. Qadın yığmamız isə Çili, Latviya, Çin Taypeyi, Braziliya və Misir kollektivlərinə qarşı mübarizə aparacaq. Oyunların yekununda kişi və qadın komandaları arasında ən yaxşı üç yığma Dünya Kubokunun final mərhələsində iştirak hüququ qazanacaq.
Favorit kim hesab olunacaq? Son dünya çempionatlarının nəticələrinə əsaslansaq, kişilər arasında favoritləri müəyyənləşdirmək çətindir – qrup iştirakçılarından heç biri 2022 və 2023’cü il turnirlərində çıxış etməyib. Bununla belə, xüsusilə Kanadaya diqqət yetirmək lazımdır, çünki ölkədə hazırda basketbola böyük maraq müşahidə olunur. Qadınlar arasında isə daha təcrübəli komandalar var. Misir və Braziliya yığmaları son dünya çempionatlarında iştirak edib, braziliyalılar isə 2022’ci ildə pley-off mərhələsinə yüksəlməyi bacarıblar.
Azərbaycan yığmalarının da şansları var və bu, təkcə azarkeş dəstəyi ilə məhdudlaşmır. Məsələn, kişilər arasında keçiriləcək turnirdə Monteneqro yığmasında Vuçeviç iştirak etməyəcək, Kanadanın heyətində isə Gilces-Aleksandrın meydana çıxması gözlənilmir. Üstəlik, 3×3 basketbolda hesab müəyyən sayda xala qədər davam edir ki, bu da hər epizodun əhəmiyyətini artırır və gözlənilməz nəticələr üçün şərait yaradır.
Turnir haqqında daha çox necə öyrənmək və ondan qazanc əldə etmək olar
Turnir təkcə idmançıları və azarkeşləri deyil, həm də böyük tərəfdaşları cəlb edir. FİBA’nın rəsmi tərəfdaşı olan 1xBet bukmeker şirkəti idman proqnozlaşdırma sənayesində qlobal liderdir və dünyaca məşhur idman klubları və təşkilatları ilə əməkdaşlıq edir (Barselona, Paris Sen-Jermen, LOSK Lill, A Seriyası, Volleyball World, ESL və bir çox başqaları). 1xBet daha çox yüksək əmsalları ilə tanınan mərc şirkəti olsa da, eyni zamanda Avropa, Asiya, Afrika və Latın Amerikasında müxtəlif klassik idman növləri və kiberidmanın inkişafına fəal dəstək verir.Azərbaycanda 3×3 basketbolu üzrə Dünya Kubokunun seçmə oyunlarının keçirilməsi ölkədə idmanın inkişafı baxımından mühüm addımdır. Bu turnir yerli oyunçuların beynəlxalq arenada özlərini göstərməsinə imkan yaratmaqla yanaşı, gənclər arasında basketbolun populyarlaşmasına da töhfə verəcək. Azərbaycanlı azarkeşlər möhtəşəm oyunlardan zövq alaraq öz komandalarını dəstəkləyə biləcəklər. Üstəlik, 1xBet ilə tərəfdaşlıq sayəsində onlar oyunlara ən yaxşı əmsallarla mərc etmə imkanı da qazanacaqlar.





