EvİqtisadiyyatAzərbaycan 8-ci Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunub

Azərbaycan 8-ci Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunub

Azərbaycan Şanxayda keçirilən 8-ci Çin Beynəlxalq İdxal Sərgisində (CIIE 2025) fəal iştirak edir. Bu barədə məlumat İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) vasitəsilə çatdırılıb.

Sərgi Çin Ticarət Nazirliyi, Şanxay Xalq Hökuməti və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun birgə təşkilatçılığı ilə keçirilir. Azərbaycan nümayəndəliyi İqtisadiyyat Nazirliyi, Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyi və AZPROMO-nun dəstəyi ilə ölkə və kommersiya stendləri vasitəsilə iştirak edir.

Ölkə pavilyonunda Azərbaycanın turizm, innovasiya, nəqliyyat, yaşıl enerji, neft-qaz, sənaye, kənd təsərrüfatı kimi sahələrdə qazandığı uğurlar və mövcud biznes mühiti, həmçinin potensial investisiya layihələri və milli mədəni irs nümunələri təqdim olunur.

“Made in Azerbaijan” stendi isə yerli şirkətlərin şərab, brendi, alkoqollu və alkoqolsuz içkilər, qənnadı məhsulları, süd məhsulları, fındıq, nar şirəsi, konservlər və digər yerli məhsulları ilə zəngindir. Həmçinin, Çin ticarət evlərində nümayiş etdirilən azərbaycanlı məhsulları da sərgidə geniş yer alıb.

Şanxayda səfərdə olan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət nümayəndə heyəti sərgi və Azərbaycan pavilyonunu ziyarət edib.

“CIIE 2025” tədbiri noyabrın 10-dək davam edəcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər