Azərbaycan 2025-ci ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil edəcək mahnını müəyyənləşdirib.
Daylinews-Az-ın məlumatına görə, İctimai Televiziya (İTV) ölkəni bu il müsabiqədə Mamagama qrupunun təmsil edəcəyini açıqlayıb. Onlar Run with U (“Səninlə qaçmaq”) adlı mahnını səsləndirəcəklər.
Mahnının sözləri Asef Mişiyevə (Saphael Mishi), musiqisi isə Asef Mişiyev, Həsən Heydər (KHVS) və Roman Zilianev (Roman Zee) tərəfindən bəstələnib.
Bu il Azərbaycan üçün Avroviziya tarixində maraqlı bir yenilik də var. İlk dəfə olaraq ölkə təmsilçisinin çıxışında milli musiqi aləti olan sazdan istifadə ediləcək.
Rəsmi klip artıq ictimaiyyətə təqdim olunub. Video futuristik üslubda çəkilib və burada Azərbaycanı əvvəlki illərdə Avroviziyada təmsil etmiş bəzi sənətçilər də yer alıb.
2025-ci il Avroviziya Mahnı Müsabiqəsi 13-17 may tarixlərində İsveçrənin Bazel şəhərində baş tutacaq.





