EvŞou-biznesÖzcan Dənizin xəstəxanaya yerləşdirilməsindən sonra vəziyyəti açıqlandı

Özcan Dənizin xəstəxanaya yerləşdirilməsindən sonra vəziyyəti açıqlandı

Məşhur türk müğənnisi və aktyoru Özcan Dəniz, səhhəti ilə bağlı xəstəxanaya yerləşdirildikdən sonra özünü yaxşı hiss etdiyini bildirib. Daylinews-Az xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında paylaşım edib.

“Çəkiliş zamanı ürək çatışmazlığı yaşadım. Həkimim Bingür Sönməz və evdə mənə qulluq edən dəyərli həyat yoldaşımın sayəsində bu çətinliyi geridə qoydum. Özümü çox yaxşı hiss edirəm, hər şey qaydasındadır”, – deyə aktyor paylaşımında qeyd edib.

Özcan Dəniz məşhur Kızıl Goncalar (“Qırmızı tumurcuqlar”) serialının çəkiliş meydançasında huşunu itirərək yerə yıxılmışdı. Xəstəxanaya aparıldıqdan sonra aktyorun infarkt keçirdiyi məlum olub. O, ilkin tibbi yardım aldıqdan sonra angiografiya əməliyyatı keçirib. İki həftə sonra ürəyində tutulmuş arteriyaya stent qoyulması üçün yenidən xəstəxanaya yatırılacağı bildirilib. Hazırda evə buraxılan aktyor bərpa prosesi keçir.

Səhhətindəki problemlərin səbəbi ailə münaqişəsidir

Məlumata görə, sənətçinin səhhətində yaranan problemlərin əsas səbəbi anası ilə yaşadığı münaqişələrdir. Kadrie Dəniz məhkəməyə müraciət edərək oğlu və onun həyat yoldaşı Samər Dadqara qarşı qoruyucu qərarın çıxarılmasını tələb edib.

Özcan Dəniz isə anasının bu addımına sosial şəbəkələr vasitəsilə cavab verib və Qurani-Kərimin “Ənfal” surəsinin 30-cu ayəsini paylaşaraq fikirlərini ifadə edib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər