Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi Çin Xalq Respublikasının Şantou şəhərində 3-5 dekabr keçirilən 22-ci Dünya Külək Enerjisi Konfransında (WWEC2025) təmsil olunur. Agentliyin direktor müavini Rəna Hümbətova və Maliyyə şöbəsinin müdiri Rəqsanə Paşayeva konfransda iştirak edirlər.
Konfrans “Külək enerjisi ilə gələcəyi gücləndirmək: İnnovasiya, əməkdaşlıq və davamlı inkişaf” şüarı altında Dünya Külək Enerjisi Assosiasiyası (WWEA) və Çin Külək Enerjisi Assosiasiyası (CWEA) tərəfindən təşkil olunur. Forumlarda Qlobal Külək Enerjisi Bazarının İnkişafı və Trendləri, Böyük Ölçülü Külək Turbin Texnologiyaları, Külək Resursları Texnologiyaları müzakirə olunur. Sonrakı günlərdə Külək Enerjisində Süni İntellekt Tətbiqləri və İpək Yolunda Külək Enerjisi Əməkdaşlığı forumları, Qlobal Külək Enerjisi Sektorunun Tarixçəsinin Arxivləşdirilməsi üzrə Beynəlxalq Seminar planlaşdırılıb.
Azərbaycan nümayəndələri Çin şirkətləri və Çin Külək Enerjisi Assosiasiyası ilə görüşlər keçirəcək, yeni texnologiyalar və idarəetmə təcrübələrini öyrənəcəklər. Proqram “4 in 1” Dəniz Külək Enerjisi Avadanlıqları İstehsal Sənaye Parkına səfər daxildir. Konfrans külək enerjisi sektorunda innovasiya, bazar trendləri və davamlı inkişafı müzakirə etmək üçün 100-dən çox spiker cəlb edib.





