Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsi bu gün son üç qarşılaşma ilə başa çatacaq. Gün ərzində oynanacaq oyunlardan sonra 1/4 finala çıxan bütün komandalar müəyyənləşəcək.
Günün proqramı:
- 15:00 “Qəbələ” – “Şəfa” (Qəbələ şəhər stadionu). Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Nəriman Axundov.
- 19:00 “Araz-Naxçıvan” – “Kəpəz” (“Liv Bona Dea Arena”). Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov. VAR: Elçin Məsiyev, AVAR: Kamranbəy Rəhimov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Yavər Rəhimov.
- 19:00 “Difai” – “Sumqayıt” (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu). Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Asif Əliyev.
Qalib komandalar növbəti raundda rəqiblərini bilirlər: “Qəbələ” – “Şəfa” cütünün qüvvəlisi “Sabah”la, “Araz-Naxçıvan” – “Kəpəz” matçının qalibi “Turan Tovuz”la, “Difai” – “Sumqayıt” görüşünün qalibi “Zirə” ilə qarşılaşacaq. Əvvəlki oyunlarda “Turan Tovuz” “Şahdağ Qusar”ı 2:1, “Zirə” əlavə vaxtda “Neftçi”ni 1:0, “Şamaxı” “Baku Sportinq”i 1:0, “Sabah” əlavə vaxtda “İmişli”ni 2:1, “Qarabağ” “Karvan-Yevlax”ı 3:0 məğlub etmişdir.





