Avropa çempionatının seçmə mərhələsində mübarizə aparan Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət milli komandası bu gün B Liqasının I qrupunda ikinci matçını keçirəcək. Komandamız Moldova Respublikasının Vadul lui Voda şəhərində yerləşən Milli Hazırlıq Mərkəzində Kosovo ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 14:00-da start götürəcək və qarşılaşmanı islandiyalı baş hakim Briet Braqadottir idarə edəcək. Nərgiz Qurbanovanın rəhbərliyi altında çıxış edən millimiz ilk turda Uelsə 0:7 hesabı ilə məğlub olub və bu dəfə uğurlu nəticə üçün meydanda olacaq.





