EvİqtisadiyyatAzərbaycana 16 ölkədən qızıl idxal edilib – ətraflı təhlil

Azərbaycana 16 ölkədən qızıl idxal edilib – ətraflı təhlil

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana müxtəlif ölkələrdən ümumilikdə 15 868.46 kiloqram qızıl idxal olunub. Dövlət Gömrük Komitəsinin və Statistika Komitəsinin məlumatlarına əsasən, bu miqdar qızılın dəyəri 1 milyard 422.1 milyon ABŞ dolları təşkil edib. Orta idxal qiyməti isə hər kiloqram üçün 89 614.7 dollar olub.

Maraqlıdır ki, bu dövrdə ölkə daxilində istehsal edilən qızılın miqdarı 478.3 kiloqram olub. Eyni zamanda, Azərbaycan 748.3 kiloqram işlənməmiş qızılı İsveçrəyə ixrac edib və bu ixracın ümumi dəyəri 40 milyon 170.4 min dollar təşkil edib. Orta ixrac qiyməti isə 53 682.9 dollar/kq səviyyəsində qeydə alınıb.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcmi aşağı düşməsə də, idxal olunan ölkələrin sayı artaraq 11-dən 16-ya çatıb. Aşağıda idxal olunan ölkələr və müvafiq göstəricilərlə tanış ola bilərsiniz:

2025-ci ilin ilk iki ayında Azərbaycana qızıl idxalı (ölkələr üzrə):

  1. Rusiya – 3 474.95 kq / 315 469.47 min $
  2. Avstraliya – 2 828.87 kq / 241 331.88 min $
  3. Meksika – 2 007.11 kq / 174 711.79 min $
  4. Çin – 1 173.72 kq / 108 207.58 min $
  5. Böyük Britaniya – 1 200.38 kq / 106 210.47 min $
  6. Kanada – 966.58 kq / 91 674.07 min $
  7. Almaniya – 1 012.1 kq / 90 445.28 min $
  8. Türkiyə – 959.78 kq / 88 713.07 min $
  9. Braziliya – 896.79 kq / 81 970.85 min $
  10. Özbəkistan – 397 kq / 37 239.16 min $
  11. İsveçrə – 344.21 kq / 32 070.02 min $
  12. ABŞ – 261.14 kq / 22 747.1 min $
  13. Honq Konq (ÇXR Xüsusi İnzibati Rayonu) – 159.25 kq / 14 217.44 min $
  14. Cənubi Afrika Respublikası – 100.48 kq / 9 233.64 min $
  15. İspaniya – 48.16 kq / 4 252.43 min $
  16. Yaponiya – 37.88 kq / 3 552.22 min $

İdxal olunan qızıl əsasən yarımfabrikat formada olub: çubuqlar, tellər, profillər, plitələr, təbəqələr və ya 0.15 mm-dən qalın lentlər.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər