EvŞou-biznesTom Kruz və Ana de Armas: dostluq, yoxsa yeni sevgi hekayəsi?

Tom Kruz və Ana de Armas: dostluq, yoxsa yeni sevgi hekayəsi?

Hollivudda yenidən romantika şayiələri gündəmdədir – bu dəfə aktyor Tom Kruz və kubalı gözəl, aktrisa Ana de Armas barədə. Aprelin 13-də onların birlikdə Londonda Tom Kruzun şəxsi helikopterindən enmələri, medianı və sosial şəbəkələri bir daha canlandırdı.

Stil və bənzərsiz tandem

Ana de Armas London səmasına iki iti ilə daxil oldu – qara dəri pencək, klassik ağ köynək, mavi cinslər və zərif balet ayaqqabılarında. Tom isə adətinə sadiq qalaraq zəriflikdən yayınmadı: ağ uzunqol köynək, tünd göy plaş, boz şalvar və qara ayaqqabılar. İkili sanki Hollivud stilinin kitabçasından çıxmış kimi görünürdü.

Şayiələrin başlanğıcı

İlk dəfə fevral ayında, Sevgililər Günündə Londonda romantik şam yeməyi zamanı görüntülənmişdilər. Söhbət Soho küçələrində – şəhərin ən romantik guşələrindən birində baş tutan görüşdən gedir. Həmin vaxt izdiham arasında olsalar da, Kruz və Armas foto çəkdirməyə qarşı çıxmamışdılar.

Tom Kruz və Ana de Armas

Səssizlik və maraq

Daily Mail-in yayımladığı son fotolardan sonra, onların münasibətinə dair suallar bir daha aktuallaşıb. Hərçənd, qəzetin mənbəsi şayiələri təkzib etsə də, nə Tom, nə də Ana bu barədə hər hansı rəsmi açıqlama verməyib. Maraqlıdır ki, Tom Kruz şəxsi həyatı ilə bağlı uzun illərdir susqundur. Üç dəfə evli olmuş aktyor (Mimi Rocers, Nikol Kidman, Keti Holms) öz münasibətlərini heç vaxt mediaya sərgiləməyib.

Ana de Armas da Hollivudun parlayan ulduzlarındandır. “Blade Runner 2049” və “Knives Out” kimi filmlərlə yadda qalan aktrisa, bir vaxtlar Ben Afflek ilə münasibətdə olsa da, bu birlik yalnız bir il davam etmişdi (2020–2021).

Bu helikopterli səhnə yeni münasibətin başlanğıcımı, yoxsa sadəcə iki dostun görüşməsimi? Hələlik dəqiq cavab yoxdur. Amma görünən odur ki, Ana de Armas və Tom Kruz tandeminin ekran xaricində də izləyici auditoriyası kifayət qədər genişdir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər