EvİqtisadiyyatAzərbaycana ən çox gətirilən smartfon markaları açıqlanıb - TOP-10

Azərbaycana ən çox gətirilən smartfon markaları açıqlanıb – TOP-10

Bu ilin sentyabr ayında Azərbaycanda ən çox idxal edilən mobil cihaz markaları açıqlanıb.

Daylinews-az.com sorğusuna cavab olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “AzInTelecom” MMC-dən verilən məlumata görə, ay ərzində fərdi istifadə üçün ölkəyə ən çox gətirilmiş və Mobil Cihazların Qeydiyyat Sistemi tərəfindən qeydiyyata alınmış mobil cihaz markaları aşağıdakı kimi olub:

  1. Apple
  2. Samsung
  3. Xiaomi
  4. Huawei
  5. Oppo
  6. Tecno Telecom
  7. Infinix Technology
  8. Shangai Hezhou Communication
  9. Quectel Wireless Solution
  10. SimCom

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycana ümumilikdə 251 milyon 717 min dollar dəyərində 904 min 782 ədəd smartfon idxal edilib.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər