Bakıda və Abşeron yarımadasında sabah dəyişkən buludlu hava gözlənilir. Günün birinci yarısında və axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış ehtimalı var. Səhər şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında isə cənub-şərq küləyi üstünlük təşkil edəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu paytaxtda və Abşeronda gecə 16-19°, gündüz isə 20-24° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm-ə enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz isə 55-60% təşkil edəcək.
Bölgələrdə hava
Respublikanın bəzi rayonlarında yağışlı hava gözlənilir. Dağlıq və dağətəyi ərazilərdə leysan, dolu və şimşək ehtimalı var. Gecə və səhər saatlarında duman müşahidə ediləcək. Şərq küləyi əsasən mülayim olacaq.
- Aran rayonlarında: gecə 15-18°, gündüz 19-24° isti
- Dağlıq ərazilərdə: gecə 2-7°, gündüz 7-12° isti





