Elm və Təhsil Nazirliyi ümumtəhsil səviyyəsi üzrə dərsliklərin qrif üçün qiymətləndirilməsi işlərinə başlayıb. Bu məqsədlə müxtəlif ali və orta ixtisas təhsil müəssisələrindən 20 nəfər müəllim prosesə cəlb olunub və onlarla müqavilələr bağlanılıb.
Daylinews-az.comun İqtisadiyyat.aza istinadən verdiyi məlumata görə, qiymətləndirmə işlərinə görə müəllimlərə fərqli məbləğlərdə ödənişlər nəzərdə tutulub:
750 manat alacaq müəllimlər (11 nəfər):
- Zərifə Akif qızı Aslanova
- İrina Vasilyevna Amelina
- Simayə Hafiz qızı Teymurova
- Afiq Dilbazi oğlu İsmayılov
- Sevil Ənvər qızı Xəmmədova
- Nəzakət Vaqif qızı Əbdürrəhimova
- Esmira Mahmud qızı Quliyeva
- Elgün Bəxtiyar oğlu Əliyev
- Samirə Nizami qızı Zeynalova
- Rəsmiyə Muradəli qızı Hümbətova
- Gülnarə Adil qızı Məcidova
1500 manat alacaq müəllimlər (6 nəfər):
- Məhsəti Müseyib qızı Rəhimova
- Leyla Eldəniz qızı Əkbərova
- Aygün Ağabağır qızı Bağırlı
- Rəhman Həkim oğlu Piriyev
- Sənubər Abdulrəhim qızı Məmmədova
- Gülnarə Əjdər qızı Səlimova
2250 manat alacaq müəllimlər (3 nəfər):
- Asif Xatabala oğlu Hacıyev
- Mehriban Səyavuş qızı Zeynalova
- Elmira İsmayıl qızı Mehdiyeva
Qrif nədir?
“Qrif” anlayışı Elm və Təhsil Nazirliyi tərəfindən dərsliyin ümumi təhsil müəssisələrində istifadəsi üçün verilən eyniləşdirmə nömrəsidir. Bu, dərsliyin rəsmi nəşr və dövriyyə hüququna malik olduğunu göstərir. Dərsliyə qrifin verilməsi üçün 10 ildən çox pedaqoji təcrübəyə və ya elmi dərəcəyə malik ən azı 3 mütəxəssis qiymətləndirməyə cəlb edilir.





