Azərbaycan Respublikasının əhalisinin sayı 2025-ci ilin əvvəlindən etibarən 5 777 nəfər artaraq 1 mart tarixinə olan statistikaya görə 10 230 666 nəfərə çatıb. Bu artım 0,1% təşkil edir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə şəhər əhalisinin payı 54,4%, kənd əhalisinin payı isə 45,6% təşkil edir. Eyni zamanda, cins nisbətində də balans qorunur: kişilər əhalinin 49,8%-ni, qadınlar isə 50,2%-ni təşkil edir.
Bu göstəricilər ölkədə demoqrafik sabitliyin və əhali artımının davam etdiyini nümayiş etdirir.





