Azərbaycanda müşahidə olunan soyuq hava şəraiti ilə əlaqədar “Azəristiliktəchizat” ASC paytaxtda və bölgələrdə fəaliyyət göstərən qazanxana və istilik məntəqələrinin işini davam etdirəcək. Bu barədə qurumun mətbuat katibi Elvin Başqallı məlumat verib.
Onun sözlərinə görə, hava şəraitini nəzərə alaraq istilik təchizatı bir neçə gün daha təmin ediləcək.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, istilik mövsümünün bu gündən etibarən başa çatması nəzərdə tutulmuşdu. Lakin anomal soyuqlar səbəbindən mövsüm müvəqqəti olaraq uzadılıb.





