EvİdmanAzərbaycan qadın boksçuları dünya çempionatında mübarizə aparacaq

Azərbaycan qadın boksçuları dünya çempionatında mübarizə aparacaq

8-16 mart tarixlərində Serbiyanın Niş şəhərində keçiriləcək qadınlar arasında boks üzrə dünya çempionatında Azərbaycan yığması da iştirak edəcək.

Daylinews-az xəbər verir ki, millinin baş məşqçisi İlkin Ağayev bu yarışda altı boksçuya şans verəcək. Dünya çempionatında Azərbaycanı aşağıdakı idmançılar təmsil edəcək:

  • 48 kq – Anaxanım İsmayılova
  • 50 kq – Marconə Savriyeva
  • 54 kq – Zeynəb Rəhimova
  • 57 kq – Aynur Mikayılova
  • 70 kq – Emil Rzayeva
  • +81 kq – Aynur Rzayeva

Milli komanda yarış üçün Serbiyaya yola düşüb və çempionatın başa çatmasından bir gün sonra, 17 martda Bakıya qayıdacaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər