Şəki rayonunda 54 yaşlı bir kişini ilan sancıb. Daylinews-az.com-un APA-ya istinadən verdiyi məlumata görə, ötən gün axşam saatlarında Aşağı Göynük kənd sakini 54 yaşlı Cəlil Səməd oğlu Zamanov öz evinin həyətində işləyərkən qəfil şəkildə sağ əlindən ilan sancması ilə üzləşib.
C.Zamanov qohumlarının yardımı ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsinə çatdırılıb.
C.Zamanova zəruri tibbi müdaxilələr edilib, ilan zəhərinə qarşı serum vurulub. Onun səhhəti ağır qiymətləndirilir və müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır.
Digər insident isə Ağsu rayonunda baş verib. Rayonun Curuxlu kəndində 2008-ci il təvəllüdlü Emin Heybet oğlu Eyyubovu ilan sancıb.
Dərhal Rayon Mərkəzi Xəstəxanasına aparılmış kənd sakininin vəziyyəti orta ağır kimi dəyərləndirilir.





