EvCəmiyyətAzərbaycanda istilik mövsümü nə vaxt başa çatacaq?

Azərbaycanda istilik mövsümü nə vaxt başa çatacaq?

16 aprel tarixində hava şəraitində baş verən kəskin dəyişikliklə əlaqədar olaraq, son dörd gün ərzində ölkənin bir çox bölgələrində əhaliyə istilik enerjisinin verilməsi davam etdirilib.

Bu barədə “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Başgallı Daylinews-az.com saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, “İstilik enerjisindən istifadə qaydaları”na əsasən, ASC-yə məxsus qazanxanaların yerləşdiyi dağlıq və dağətəyi zonalarda istilik təminatı 1 may tarixinədək davam edəcək. İstilik mövsümünün mayın əvvəlində başa çatacağı aşağıdakı 9 rayonu əhatə edir:

  • Şuşa
  • Şabran
  • Siyəzən
  • Quba
  • Qusar
  • Qəbələ
  • Xaçmaz
  • Lerik
  • Şamaxı

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər