EvŞou-biznesAzərbaycanda Məşhur Kinoprodüser Vəfat Etdi

Azərbaycanda Məşhur Kinoprodüser Vəfat Etdi

Məşhur kinoprodüser, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının keçmiş direktor müavini Aydın İmrani dünyasını dəyişib. Daylinews-Az xəbər verir ki, bu barədə kinostudiya məlumat yayıb.

Aydın İmrani 1979-cu ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. O, burada administrator, kinorejissor və kinostudiyanın direktor müavini vəzifələrində çalışıb.

Mərhum prodüser “Qızıl uçurum”, “Yeddi gözəl”, “Köhnə liman”, “Evlənmək istəyirəm”, “Mikrorayonda Cin”, “Dənizdən siqnal gözləyin”, “Başqa həyat”, “Lətifə” kimi tanınmış filmlərin direktoru olub. O, həmçinin “Qəribə adam” filminin administratoru kimi də fəaliyyət göstərib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər