EvCəmiyyətAzərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur. “Yol hərəkəti haqqında” qanuna dair təklif edilən dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub.

Qanun layihəsinin əsas məqsədi mopedlərin istifadəsinə dair qaydaların təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və yol təhlükəsizliyinin yüksəldilməsidir. Bu istiqamətdə əsas təkliflərdən biri moped idarə edən şəxslərin də sürücülük vəsiqəsinə malik olmalarını təmin etməkdir.

Təklif olunan dəyişikliklərə əsasən, mopedlər dövlət qeydiyyatına alınacaq və uçota götürüləcək. Eyni zamanda, mopedlərin yalnız yolun sağ kənarında hərəkət etməsi tələbi ləğv ediləcək. Bundan əlavə, motosiklet və ya mopedin uzunluq və ya eni üzrə 0,5 metrdən artıq kənara çıxan yük daşınması qadağan ediləcək, həmçinin sürücünün idarəetməsinə mane olan yük daşınması da qadağandır.

Bu tədbirlər nəqliyyat vasitələrinin təhlükəsiz istifadəsini təmin etmək və yol qəzalarının sayını azaltmaq məqsədi daşıyır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər