EvİdmanMilli Olimpiya Komitəsinin “Təhlükəsiz İdman” Proqramı Uğurla Başa Çatıb

Milli Olimpiya Komitəsinin “Təhlükəsiz İdman” Proqramı Uğurla Başa Çatıb

Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin (MOK) həyata keçirdiyi “Təhlükəsiz idman – hamı üçün” layihəsi çərçivəsində təşkil olunmuş kursların iştirakçılarına sertifikatlar təqdim olunub. İdman.Biz MOK-un mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə komitənin baş katibi Azər Əliyev, vitse-prezidenti Fərid Mansurov, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, MOK-un idman şöbəsinin baş məsləhətçisi Vaqif Əliyev, akademiyanın müəllim heyəti və fəal tələbələr iştirak ediblər.

Rektor Fuad Hacıyev çıxışında təlim proqramının tələbələr üçün əhəmiyyətindən danışaraq, 45 tələbənin bu kursu uğurla tamamladığını bildirib və onları təbrik edib. MOK-un idman şöbəsinin baş məsləhətçisi, Təhlükəsiz idman üzrə Beynəlxalq Olimpiya Komitəsinin sertifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev qeyd edib ki, bu layihə 2023-cü ildən etibarən Azərbaycan idman ictimaiyyətində mədəniyyətin, məsuliyyətin və etik dəyərlərin təbliğinə böyük dəstək olub. O, proqramın Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin sabiq rəhbəri Mehman Kərimovun təşəbbüsü ilə başladığını diqqətə çatdırıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Layihənin əsas məqsədi olimpizmin əsas dəyərləri sayılan “hörmət”, “dostluq” və “mükəmməllik” prinsip və normalarını gənclərə çatdırmaq və onların gündəlik həyatına inteqrasiya etməkdir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər